Məscidi Haramda zəvvarlara pulsuz wi-fi xidməti göstəriləcək

Bu il Həcc və Ümrə ziyarəti zamanı zəvvarlar pulsuz WI-FI xidmətindən yararlana biləcək.
Maide.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Elm Texnologiyaları Mərkəzinin direktoru Bandar Əl-Kuzayim bildirib.
Onun sözlərinə görə, Mədinə və Məkkədə yerləşən iki müqəddəs məsciddə zəvvarların rahatlığının təmin olunması üçün bu addım atılacaq.
Bundan başqa, Məscidi Haramda təvaf və digər ibadətlər online olaraq  yayımlanacaq./

Google+ WhatsApp ok.ru