Müəllim olmaq üçün Təhsil Nazirliyinə elektron ərizə verənlərin sayı açıqlanıb

Azərbaycanın ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu başa çatıb. Ümumilikdə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərinin ərizəsi qəbul olunub.
 
Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləridir. Elektron ərizə verənlərin fənlər üzrə statistikası aşağıdakı kimidir: 
 
ibtidai sinif – 6 440 nəfər (29.54%), 
Azərbaycan dili və ədəbiyyat – 2 971 nəfər (13.63%), 
ingilis dili – 2 354 nəfər (10.80%), 
riyaziyyat 1 916 nəfər (8.79%), 
tarix – 1 260 nəfər (5.78%), 
informatika – 1 152 nəfər (5.28%), 
fiziki tərbiyə - 974 nəfər (4.46%), 
coğrafiya - 954 nəfər (4.37%), 
biologiya - 804 nəfər (3.68%), 
fizika - 778 nəfər (3.56%), 
kimya - 665 nəfər (3,05%), 
texnologiya - 475 nəfər (2.17%), 
təsviri incəsənət - 289 nəfər (1.32%), 
musiqi - 211 nəfər (0.96%), 
rus dili - 180 nəfər (0.82%), 
rus dili və ədəbiyyatı - 151 nəfər (0.69%), 
fransız dili - 118 nəfər (0.54%), 
alman dili - 103 nəfər (0.47%).
 
Namizədlərin ən çox seçdiyi vakant yerlər Bakı şəhəri - 351 (10.14%), Cəlilabad 202 (5.83%), Laçın- 180 (5.20%), Quba - 172 (4.96%), Lerik - 165 yerdir. (4.76%).
 
Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti 35 yaşadək gənclər (19 911 nəfər, 91.36%) olub. Namizədlərin 1,661 nəfəri (7.62%) 35-50 yaş, 223 nəfəri (1.02%) 50-65 yaş aralığındadır.
 
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 21-29 iyulda aparılacaq. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcək.

Google+ WhatsApp ok.ru