Məktəbli qız 3 aya Quranı əzbərlədi

Konyada 12 yaşındakı qız, normalda 1-2 ilə əzbərlənilən Quranı 3 ayda əzbərləyib. 
Maide.az xəbər verir ki, Konyanın Karapınar qəsəbəsində yaşayan 12 yaşlı  Elif Özən, aldğı özəl proqram və dərs nəticəsində 3 aya Quran hafizi olub. 
Bacısının da Quran hafizi olduğunu bildirən E.Özən deyib ki, bacımın Quran hafizi olduğu kursun buraxılışında tac qoyma mərasimində çox duyğulandım və o gün Quran hafizi olacağıma qərar verdim.
E.Özən qəsəbədəki Zəfər Quran kurslarında iştirak edərək Quranı əzbərləməyə başlayıb. "Kursda mənim yaşımda şagird yox idi. Bu məni narahat edirdi, lakin müəllimlərim və tələbə yoldaşlarım mənimlə çox ehtiramla davranışı və mənə göstərdikləri sevgi  məni çox sevindirdi və qısa bir vaxt ərzində hafiz olmağı bacardım." 
O əlavə edib ki, Quran hafizi olmaq üçün çalışmaq, müəllimlərin dediklərinə itaət etmək və fədakarlıq lazımdır. Mənim kimi Quran hafizi olmaq istəyənlərədə də tövsiyyəm bu üç işi görmələridir" 
E.Özən Quranı əzbərlədiyini və hazırda Quranı dərk etmək üçün Ərəb dilini öyrənmək üçün çalışdığın söyləyib və bildirib ki, hafiz olduğum üçün xoşbəxtəm və həyatımda Quran buyurduğu kimi yaşamağa çalışacam. /
 

Google+ WhatsApp ok.ru