Məscidi Haramda 70 dildə Quran tərcüməsi paylanılacaq

Bu il Həcc və Ümrə ziyarəti zamanı zəvvarlara Məscidi Haramda 70 dildə Quran tərcüməsi paylanılır. 
Maide.az xəbər verir ki, bu barədə alhadath xəbər saytı məlumat yayıb.  Məscidi Haram və Məscidi Nəbi (s) işlər üzrə idarə rəisi Məhəmməd Rial Əl-Silani deyib ki, hazırda bir milyon 200 mindən çox Quran paylanılıb və həcc mövsümünin sonunadək Quranların paylanılması davam etdiriləcək. 
O deyib ki, "bril" əlifbası ilə olan 300 nüsxə Quranda gözdən əlil hacılara paylanılıb.  
Əl-Silani deyib ki, hacıların Quran tilavətini yaxşılaşdırmaq məqsədi ilə onlar üçün Quran dərsləri də təşkil olunacaq.  /
 
 

 

Google+ WhatsApp ok.ru