Məkkədə baş vermiş insidentdə həlak olan İranlıların sayı 11 nəfərə çatıb

İranın Həcc və Ziyarət təşkilatı bəyanat yayaraq Məkkədə baş vermiş insidentdə həlak olan iranlıların sayının 11 nəfərə çatdığını elan edib.
Maide.az  İSNA agentliyinə istinadən məlumat verir ki,  sentyabrın 11-də Məkkədə "Məscidül-Həram"da kranın aşması nəticəsində baş vermiş dağıntı zamanı itkin düşmüş 3 qadının öldüyü təsdiqlənib və beləliklə, bu hadisə zamanı ölən iranlı zəvvarların sayı 11 nəfərə çatıb.
Qeyed edək ki, İran saytları bundan öncə Məkkədə baş vermiş insidentdə İrandan olan 5 nəfərin öldüyü və 32 nəfərin isə yaralandığını məlumat vermişdilər. Hədisə zamanı 7 nəfərin isə itgin düşdüyü bildirilirdi. /
 

Google+ WhatsApp ok.ru