Məhbuslar həbsxanadan qaçıb

Mərkəzi Afrika Cümhuriyyətində 600 məhbus həbsxanadan qaçıb.
Maide.az xəbər verir ki, hadisə paytaxt Banqui şəhərində baş verib.
Məhbusların hansı şəraitdə həbsxanadan qaçdığı bilinmir.
Məlumata görə, həbsxanada hazırda müsəlman Seleka qrupu ilə xristian anti-Balaka üzvləri qalıblar.
Bu iki qruplaşma arasında 2012-ci ilin dekabr ayından etibarən gərginlik hökm sürür. Həmin vaxt müsəlmanlar xristian prezident François Boziziyə qarşı inqilab etmişdi.
2013-cü ilin mart ayında Bozizinin devrilməsindən sonra müsəlman Mişel Djotodia prezident seçilmiş və bu iki qrup arasında silahlı atışmalar baş vermişdi. Hadisələr nəticəsində minlərlə insan ölmüş, 1 milyona yaxın insan evlərindən didərgin düşmüşdü.
Nəhayət, bu ilin may ayında Banquidə iki qrup liderləri arasında silahsızlanma razılaşması əldə edilib. /

Google+ WhatsApp ok.ru