Məscidul-Əqsada təhlükəsizlik tədbirləri gücləndirilib

Sionist rejim Məscidul-Əqsanın ətrafında fələstinlilərə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib.
 
Maide.az xəbər verir ki, sionist rejim hərbçiləri çərşənbə axşamı günü Məscidul-Əqsanın ətrafında və İordan çayının qərb sahilində şiddətli təhlükəsizlik tədbirləri görərək, fələstinli uşaq və gənclər arasında geniş həbslər aparıblar.
 
Fələstinli mənbələr də sionist qəsəbə sakinlərinin Məscidul-Əqsaya qarşı geniş basqınından xəbər veriblər.
 
Bildirilir ki, sionist rejim hərbçiləri təkcə ötən bir həftə ərzində Qüdsdə 130 fələstinlini həbs edərək, zindana salıb.
 
Qeyd edək ki, artıq üçüncü həftədir Məscidul-Əqsaya qarşı sonist rejimin hücumları davam edir.

Google+ WhatsApp ok.ru