Müəllim: `Rusiyanın hücumları Suriya dəstəklədiyi üçün uğurludur`

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində çıxış edən Suriya Xarici İşlər naziri Vəlid Müəllim Rusiyanın Suriyada müəyyən hədəfləri havadan bombalamasının Suriya hökumətinin istəyi çərçivəsində aparıldığını və Suriyanın terrorla mübarizəsinə dəstək verdiyi üçün təsirli olduğunu deyib.
 
Maide.az xəbər verir ki, bu hücumların Suriya hökuməti ilə koordinasiyalı bir şəkildə olmadığı müddətdə uğurlu və təsirli olmayacağını irəli sürən Müəllim, koalisiya dövlətlərinin hökumət əleyhdarı olduğu üçün hava hücumlarının uğurlu olmadığını deyib.  Müəllim terrora qarşı yeganə real mübarizəni Suriya ordusunun verdiyini bildirib. XİN rəhbəri terrorla mübarizəyə davam sözünü verərək, Suriyadakı müharibənin həlli üçün 5-ci ildə də siyasi bir yol axtarıldığını vurğulayıb. 

Google+ WhatsApp ok.ru