Müəllimi fəhləliyə göndərən deputat maaş artımından danışdı

Azərbaycanda gələn il orta ümumtəhsil məktəblərinin 22 min müəlliminin maaşı artırılacaq.
 
Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında” qanun layihəsinin komitədə müzakirəsi zamanı deyib.
 
O bildirib ki, gələn Azərbaycanın 12 regionunda müəllimlərin attestasiya mərkəzi yaradılacaq və 22 min müəllimin maaşı artırılacaq: “Sosial sahələrlə bağlı rəqəmlər azaldılmayıb və gələn il müəllimlərin maaşının artırılması nəzərdə tutulub”.
 
Qeyd edək ki, deputat Hadı Rəcəbli bir müddət əvvəl müəllimlərin maaş azlığından etdiyi şikayətə cavab olaraq onların dərsdən sonra gedib tikintidə fəhlə işləməsi təklifini səsləndirmişdi. Bu o zaman idi ki, Azərbaycan nefti dünya bazarlarında 110 dollardan satılırdı. Əgər o vaxt müəllimlərin maaşı onları qane edəcək şəkildə artırılmadısa, Hadi Rəcəbli görəsən neftin 50 dollar olan zamanında müəllimlərin maaşını hansı hesabdan artırmaq fikrindədir?  faktxeber /

Google+ WhatsApp ok.ru