Məhkəmə Mübarəkin oğullarının azad edilməsi barədə qərar çıxarıb

Misir məhkəməsi keçmiş prezident Hüsni Mübarəkin oğullarının azad edilməsi barədə qərar çıxarıb.
 
Bu barədə “The Daily Mail” məlumat yayıb. Əli və Camal Mübarək 2011-ci ilin aprelində Hüsnü Mübarəkin istefasından 2 il sonra saxlanılıblar. Onlar ataları ilə birlikdə məhkəmə qarşısına çıxarılıb.  Onların hər üçü prezident sarayının təmir-bərpa işləri üçün xəzinədən külli miqdarda vəsait oğurlamaqda təqsirli bilinir.
 
2015-ci ilin mayında məhkəmə 87 yaşlı H. Mübarəkin oğullarının hər birini 3 il müddətinə azadlıqdan məhrum edib, 16 milyon dollara yaxın cərimənin ödənilməsi və binanın bərpası üçün sərf olunan 2,5 milyon dolların geri qaytarılması barədə hökm çıxarıb. Onlar bütün məbləği daha əvvəldən ödədikləri üçün məhkəmə həbsxanada saxlanıldıqları müddəti də nəzərə alaraq Mübarək qardaşlarının azad edilməsi barədə qərar qəbul edib. 

Google+ WhatsApp ok.ru