Məktəbə gec gedən uşaqların sayı - 15 minə çatıb

2015-2016-cı tədris ilində Azərbaycanda məktəbə 1 il gec gedən uşaqların sayı müəyyənləşdirilib.
 
Maide.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2015-2016-cı tədris ilində 7 yaşı tamam olan 15 min uşaq 1-ci sinfə qəbul olunub. Təhsil Nazirliyində məktəbdə təhsil alan şagirdlər haqqında elektron məlumat bazası  var. Ancaq 6 yaşı olan və məktəbə gəlməyən uşaqlar haqqında məlumatı yalnız  Ədliyyə Nazirliyinin doğum haqqında şəhadətnamələrinin toplandığı baza ilə Təhsil Nazirliyinin ümumtəhsil bazasını müqayisə etməklə müəyyənləşdirmək mümkündür.  
 
Hazırda bu bazaların əlaqələndirilməsi üçün Ədliyyə Nazirliyi ilə birgə  işlər  aparılır.

Google+ WhatsApp ok.ru