Məktəblərdə 100 manatlıq cərimə nəyə xidmət edir?

Məlum olduğu kimi, dərsə gəlməyən şagirdlərin valideynləri üçün hökumət maraqlı bir üsul düşünüb. “Inzibat Xətalar Məcəlləsi”nə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək. Məktəblilərin dərs buraxmasına görə valideynlərin cərimələnməsini icra nümayəndələri həyata keçirəcək.
 
Təhsil sektorunda külli sayda problemlərin olduğu əslində, kimsədən gizli deyil. Problemlərin ən başlıcası isə təhsilin səviyyəsinin olduqca aşağı olmasıdır. Belə bir vəziyyətdə  əsas vəzifə məktəbliləri cərimələr vasitəsilə məktəbə cəlb etmək deyil, təhsilin səviyyəsini qaldırmaq olmalıdır. Lakin indilikdə belə bir məsələ düşünülüb və cərimələrin tətbiq edilməsi təkcə  biliyi və davamiyyəti aşağı olan məktəblilərə deyil, oxumaq istəyənlərə də şamil olunacaq. Çünki yuxarı siniflərdə oxuyan şagirdlərin daha çox kurslara və repetitor yanına hazırlığa getməsi hamıya məlumdur.  Belə bir qaydanın tətbiqi isə oxumaq istəyənlərin də cərimələnməsi deməkdir. Həmçinin, məktəblərdə müxtəlif üsullarla yığılan pulların sırasına yeni bir rüşvət mənbəyinin əlavə olunacağı da şəksizdir. Çünki cəmiyyətimiz üçün xarakterik olan, baş verən problemləri rüşvətlə həll etmək artıq bir ənənə halını alıb. Bütün bunları nəzərə alanda məktəblərdə cərimə tətbiqinə görəsən, əsas vardımı? Bu addım nə dərəcədə düzgün hesab oluna bilər?
 
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu söyləyir ki, sözügedən qanun işləyən qanun olmadığı üçün öncədən narahat olmağına dəyməz. Ekspert hesab edir ki, Milli Məclisin indiyədək işləməyən qanunlar tətbiq etməsi ilk dəfə deyil. O, bu qanunun hüquqi mexanizmi olmadığını, buna görə də həmin qanunun da işləməyəcəyini deyir:
 
 
“Ölkədə funksional savadsızlıq baş verir. Cərimə əslində, buna görə tətbiq olunmalıdır. Bir ay ərizində dərsə getməməyə görə 100 manat cərimə olunmaq ağlabatan olmamaqla hüquqi və pedaqoji cəhətdən düzgün addım deyil. Inzibati xətaları pedaqoji müstəvidə həll etmək olardı. Təhsil ekspertlərinin böyük qrupu bu məsələni müzakirə edib. Açığı, rüşvət üçün meydan ola bilər, yəni direktor, sinif rəhbəri də rüşvət ala bilər. Valideynlər bu qanuna əməl etməyəcəklər və onun heç bir nəticəsi olmayacaq. Ona görə də narahat olmağına dəyməz”. azadliq/

Google+ WhatsApp ok.ru