Məşhur Hollivud aktyoru müsəlmanlara qarşı irqçiliyi qınayıb

Amerikalı məşhur aktyor Samuel Cekson Los-Ancelesdə keçirdiyi brifinqdə dini əqidələrinə və ya dərilərinin rənginə görə hədəfə alınan bütün insanlarla hisslərini paylaşıb.
Maide.az xəbər verir ki, qaradərili aktyor bildirib: Mən Yaxın Şərq siması daşıyan bütün şəxslərə görə onlarla belə rəftar olunduğu üçün narahatam.
Hollivud aktyoru qeyd edib: Biz qaradərililər də özümüzü təhlükəsiz hiss etmək üçün yaxşı vətəndaşı olduğumuzu sübut etməyə məcburuq.
Qeyd edək ki, ötən çərşənbə günü ABŞ vətəndaşları olan Teşfin Malek və Seyid Rizvan Faruq adlı ər-arvad altı aylıq körpələrini evdə qoyaraq San-Bernardino şəhərində yerləşən Əlillərin Sosial mərkəzinə gedərək 14 nəfəri qətlə yetirmiş və 21 nəfəri isə yaralayıblar.
ABŞ Federal polisinin məlumatına əsasən, Faruqun İŞİD-lə əlaqədə olduğu bildiriləndən sonra, bu cinayət işi bir terror aktı olaraq araşdırılmağa başlanıb.
Hadisədən sonra, ABŞ-da İslamofobiyanın yeni dalğası və müsəlmanlara qarşı hücumlar yaranıb ki bu da ölkə müsəlmanlarının narahatlığını artırıb. /

Google+ WhatsApp ok.ru