Müəllimin şagirdi döyməsi ilə bağlı araşdırmalar aparılır

Təhsil Nazirliyində sosial şəbəkələrdə müəllimin şagirdi döyməsini əks etdirən video ilə bağlı araşdırma aparılır. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilib ki, araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.
 
Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış videonun Xırdalandakı 9 saylı məktəbdə baş verdiyi deyilir. 

Google+ WhatsApp ok.ru