Mərkəzi Bank: Bu gün 3 banka 31 mln. dollar satılıb

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 3 bank tərəfindən məcmu tələb 31 mln. ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.

Google+ WhatsApp ok.ru