`Məhəmməd Rəsulullah` filmi Moskvada nümayiş olundu

Çalışdım `Məhəmməd Rəsulullah` filmini çəkməklə Qərb dünyası üçün həqiqi İslamdan yeni pəncərə açım. Bu sözləri İranın tanınmış kinorejissoru Məcid Məcidi Rusiyanın RT agentliyinə çəkdiyi "Məhəmməd Rəsulullah" filmi haqqında danışarkən deyib. 
Maide.az xəbər verir ki,  M.Məcidi deyib ki, filmdə çalışmışam ki, İslamdinin rəhmət dini olmasını bir azacıqda olsa dünyaya tanıtdırmağa çalışmışam. 
İslam İnqilabının 37-ci ild dönümü münasibəti ilə şənbə günü Moskvada Oktyabr kino zalında `Məhəmməd Rəsulullah` filmi nümayiş olunub. 
M.Məcidi deyib ki, terroristlər və ifratçı cərəyanlar İslam adını oğurlayıb suistifadə edirlər. “`Məhəmməd Rəsulullah` filminin çəkilməsindən məqsəd dünyada İslam dini ilə bağlı yayılmış  yalnış düşüncələrlə mübarizə aparmaqdır. 
O, filmin çəkilməsinin digər məqsədini isə dünya müsəlmanları arasında vəhdət və qardaşlığı gücləndirmək olduğunu bildirib. “Film İslam dünyasında vəhdət üçün bir səbəbdir. 3 ilə yaxın araşdırmalar aparmışıq. Bu araşdırmalar zamanı həm Əhli –Sünnə və həmdə şiənin etibarlı mənbələrindən istifadə etmişik. Şiə və Əhli-Sünnə alimləri ilə danışıqlar aparmışıq və məsləhətlər almışıq”. /
 
 

Google+ WhatsApp ok.ru