Mərkəzi Bankda struktur dəyişikliyi aparılır 04 Aprel 2016 01:00 İqtisadiyyat Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişikliyi aparılır. Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq AMB-dən bildirilib. Məlumatda qeyd edilib ki, bank nəzarəti və Mərkəzləşdirilmiş Kredit Reyestri ilə bağlı funksiyaların yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsi ilə əlaqədar müvafiq struktur dəyişikliyinin həyata keçirilməsi prosesi gedir. Proses tamamlandıqdan sonra struktur dəyişikliklərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək./ Teqlər : #Mərkəzi Bankda struktur dəyişikliyi aparılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səkkiz aylıq azalmadan sonra Mərkəzi Bankın valyuta ehtiyatları artıb Azərbaycan Mərkəzi Bankı dollar alışına başlayır