Mədəniyyət naziri 15 gündən sonra danışdı

“Bayram günlərində turistlərin valyuta mübadiləsində çətinlik çəkməsi məntiqə zidd vəziyyət idi”

Maide.az xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin valyuta mübadiləsində çətinlik çəkməsinə münasibət bildirib.
 
Nazir bildirib ki, turistlərin bayram günlərində valyuta mübadiləsində çətinlik çəkməsi məntiqə sığmayan vəziyyət idi: “Çünki bayram günlərində bütün dünyada olduğu kimi, Azərbaycanda da həm puldəyişmə məntəqələri, həm də banklar çalışmalıdır. Hesab edirəm ki, bu yaxınlarda “Turizm  haqqında” yeni qanun layihəsinin qəbulundan, dövlətin turizm sahəsi üzrə yeni inkişaf strategiyası təsdiq olunduqdan sonra bu kimi halların aradan qaldırılması üçün hüquqi baza yaranacaq."

Google+ WhatsApp ok.ru