Məşhur futbolçu: İslam dini mənə çətin vəzifələri yerinə yetirməyə və irəlləməkdə  güc verir

Məşhur futbolçu: İslam dini mənə çətin vəzifələri yerinə yetirməyə və irəlləməkdə güc verir

Almanya yığmasının oyunçusu Şkodran Mustafi Allaha olan sevgisindən danışıb.
 
Maide.Az xəbər verir ki, Alban əsilli Ş.Mustafi müsəlmandır. O, hal-hazırda İspanyanın "Valensiya" klubunun şərəfini qoruyur.
 
Futbolçu qeyd edir ki, din onun həyatında böyük bir rol oynayır. 
 
 
"Mustafi bildirir ki, müqəddəs İslam dini ona çətin vəzifələri yerinə yetirməyə və hər gün məşqlərdə irəlləməkdə ona güc verir. Futbolçular çox pullar qazanırlar, elə dinin ən böyük üstünlüyüdə budur ki, o bizi başgicəlləndirici şöhrətdən saxlayırır. Mən də bu dünyada yaşayıram və  cənnət arzusundayam."-deyə Mustafi bildirib.
 
O həmçinin qeyd edib ki, dinimiz milli komandada müzakirə mövzusu deyil.
 
"Məndən tez-tez soruşurdular ki, niyə mən donuz əti yemirəm və içki içmirəm. Mən isə sadəcə deyirəm ki, bu mənim dinimin göstərişidir və bundan sonra məsələ öz-özünə aradan qalxır və əlavə suallar olmur"- futbolçu deyir.
 
 
Qeyd edək ki, Almanya və Ukrayna ilə oyunda ilk qolun sahibi elə məhz Mustafi olmuşdu. /

Google+ WhatsApp ok.ru