Məşhur iranlı rejissor vəfat etdi

Məşhur iranlı rejissor vəfat etdi

Dünyaca məşhur İran əsilli və Qızıl Palma mükafatı sahibi rejissor Abbas Kiarostami dünyasını dəyişib. Fransaya müalicə almaq üçün yollanan Kiarostami 76 yaşında həyata gözlərini yumub.
 
Maide.Az  xəbər verir ki, kino xadimi mədə xərçəngindən əziyyət çəkib. Rejissor xərçəng diaqnozu qoyulduğu 2016-cı ilin mart ayından etibarən mütəmadi olaraq Fransada müalicə alıb.
 
Abbas Kiarostami 1940-cı ildə Tehran şəhərində anadan olub. Tehran Universitetində rəssamlığı öyrənən Kiarostami qrafik dizaynla maraqlanıb, 1969-cu ildən İran Televizyası üçün reklam çarxları çəkməyə başlayıb.
 
1970-ci ildən bu yana kino sahəsində işləyən Kiarostami qısametrajlı və sənədli filmlər də daxil olmaqla 40-dan çox ekran əsəri. Xüsusilə "Koker Trilogiyası", "Albalı dadı" və "Külək bizi sovuracaq" filmləri ilə öz üzərinə diqqət toplayıb.
 

Google+ WhatsApp ok.ru