Məhkəmə Komitəsi  Nigeriya ordusu qətliam törədib və cinayət məsuliyyətinə cəlb olunmalıdır

Məhkəmə Komitəsi Nigeriya ordusu qətliam törədib və cinayət məsuliyyətinə cəlb olunmalıdır

 
Nigeriyada 13 nəfərlik Məhkəmə Komitəsi hesabat yayımlayaraq  Nigeriya ordusunun ötən il  300 dən çox şiəni qətliam etdiyini və buna  görə Ordu rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
 
Maide.Az xəbər verir ki, Məhkəmə Komitəsi elan edib ki, təkcə Zariya şəhərində tapılan kütləvi məzarlıqda  Nigeriya şiələrindən 347   nəfərin cənazəsi dəfn olunub.Əlbətdə Məhkəmə Komitəsinin hesabatında ötənilin debakbr ayında Ordunun şiələrə qarşı hücumları zamanı neçə nəfər şiənin qətliam olduğu açıqlanmayıb. Hesabatda Ordunun şiələrə qarşı həddindən artıq hərbi gücdən istifadə etməkdə ittiham edib. 
 
Qeyd edək ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı dekabr ayında həbs olunub. Human Rights Watch  bəyanat yayaraq Nigeriya rəsmirlərindən istəyib ki, şiələrin qətliamında qanunsuz olaraq ordudan istifadə edən məsul şəxslərin tapılması və onların həbs edilməsini tələb edib. Qurum həmçinin Nigeriya hökumətindən hadisə qurbanlarının ailələrinə kompensasiya ödəməyi tələb edib.
 
Qeyd edək ki, 2015-ci ilin dekabr ayının ortalarında Nigeriya ordusu Zariya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zariya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
 Cari ilin  yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
 
 

Google+ WhatsApp ok.ru