Mənzil bazarında böyük tənəzzül

Mənzil bazarında böyük tənəzzül

İlin əvvəlindən ilkin daşınmaz əmlak bazarında əməliyyatlar 21,82 faiz, təkrar bazarda isə 32,76 faiz azalıb.
 
Maide.Az xəbər verir ki, bunu Bizimyol.info-ya açıqlamasında “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. O, Azərbaycanın daşınmaz əmlak bazarında carı ilin iyul ayının nəticəsini açıqlayıb.  
 
O bildirir ki, təkrar mənzil bazarında əməliyyatlar ay ərzində 2,21 faiz, ilin əvvəlindən 32,76 faiz, il ərzində isə 36,7 faiz azalma olub.
 
İlkin mənzil bazarında əməliyyatlar ay ərzində 1,71 faiz, ilin əvvəlindən 21,82 faiz,  il ərzində isə 27,7 faiz azalıb.
 
Ekspert bildirir ki, azalma sığorta bazarında baş verən əməliyyatlarda da müşahidə olunub. Belə ki, ay ərzində 0,4 faiz, ilin əvvəlindən 28,3 faiz,  il ərzində isə 32,8 faiz azalma olub. 
 
Kommersiya obyektləri bazarında əməliyyatlar iyul ayı ərzində 3,6 faiz artıb. Bu bazarda ilin əvvəlindən 16,8 faiz azalma, il ərzində isə 20,16 faiz azalma müşahidə olunub.
 
Şirkətinin baş direktoru deyir ki, kiravə ev bazarında iyul ayı ərzində 10 faiz artım olub. İlin əvvəlindən 23,7 faiz, il ərzində isə 29,2 faiz azalıb.
 
Obyektlərin icarəsi bazarında əməliyyatlar 7,8 faiz artıb. İlin əvvəlindən  31,73 azalma, il ərzində isə 26,44 faiz azalma müşahidə olunub. 
 

Google+ WhatsApp ok.ru