Məktəbli bazarının QİYMƏTLƏRİ - Alan da narazıdır, satan da...

Məktəbli bazarının QİYMƏTLƏRİ - Alan da narazıdır, satan da...

Yeni tədris ilinin başlanmasına 1 aydan da az vaxt qalıb. Uşaqlar 3 aylıq tətildən sonra məktəbə, valideynlər isə məktəb üçün alış-verişə hazırlaşırlar. Bəs şagird ləvazimatları satılan mağazalarda  Bakı Tikiş Evinin təqdim etdiyi məktəbli formaları neçəyədir? 

 

Mağaza satıcısı Bəsti Aslanovanın sözlərinə görə, əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyəti çox aşağıdır. 

“Ötən ilin fevral ayında baş verən devalvasiyadan sonra satışda azalma baş verdi. Ancaq bu il daha da pis oldu. Mağazaya gələn müştərilər qiymətlərlə maraqlanırlar və kor-peşman geri qayıdırlar. Əvvəllər avqust ayının 1-dən valideynlər məktəbli üçün alış-veriş edirdilər. İndi avqustun ortalarıdı, məktəbin açılmasına 1 aydan da az vaxt qalıb, amma demək olar ki, gələn yoxdu. Keçən ilə qədər keyfiyyətli ləvazimatlara daha çox üstünlük verilirdi. Amma sonradan qənaət etmək üçün ucuz və kiçik ləvazimatlar alırlar ki, digər ləvazimatlara da pulları çatsın. Elə biri mən, 300 manat maaş alıram, bunun da bir qismi yolpulu, yeməkpulu və digər xərclər üşündür. Yoldaşım da ustadı, iş olanda işləyir. İkimizin birlikdə evə apardığımız  məbləğ  500-600 manat olur. 2 uşağımız var, ikisinin birlikdə məktəb xərci ən azı 250 manat edir. Hələ məktəb başlayandan sonra əlavə xərclər də ortaya çıxır. Məcbur olub borc alıb, zorla yola veririk”.

 

Alıcı Mikayıl İsmayılov bildirib ki,  indiki dövrdə Azərbaycanda nəinki uşaq oxutmaq, hətta yaşamaq da çətindir. “Maaşı ayın əvvəli alıram, ona görə də gəldim indidən qiymətləri müəyyənləşdirim. Qiymətlər çox bahadı, 2 uşaq atasıyam. Uşaqların məktəb alış-verişi ən az 300 manata başa gələcək. Bu alış-veriş təkcə kitab-dəftərlə bitmir. Məktəbli forması, ayaqqabı da almalıyıq. Xərclər bununla bitsə nə vardı.... Dərslər başlayandan sonra hər gün uşaqlara yeməkpulu verilməlidir, testlər və əlavə kitablar alınmalıdır. Bunları nəzərə alanda,  kredit götürməyi fikirləşirəm. Çünki nə qədər hesablayıram, orta bir şey çıxmır”.


Digər valideyn Nəzrin Abdullayeva deyir hələ maaşı almadığından qiymətlərlə maraqlanmayıb:

“2 uşağım var, biri 5-ci, digəri isə 7-ci sinifdə oxuyur. Sentyabrın 1-dən sonra alış-verişə çıxmağı planlaşdırırıq. Çalışacağıq ki, uşaqlar üçün hər şey alaq. Qiymətlərdə bir az artım var. Keçən il iki uşağa ümumilikdə 280 manat xərcimiz çıxdı. Yəqin ki bu il daha da artıq olar. Çətinlik olsa da, bu alış-veriş vacibdir”.

 

Məktəb ləvazimatlarının qiymətini təqdim edirik.

Ləvazimatın adı

Qiyməti (AZN)

Çanta

15-85 manat arası

Dəftər

 

12 vərəqli

15 qəpik (sadə) – 25qəpik (üstü şəkilli, Rusiya istehsalı)

24 vərəqli

40 qəpik

48 vərəqli

60-80 qəpik

60 vərəqli

80 qəpik

96 vərəqli

1 manat

Cild (kitab üçün)-

25-30 qəpik

Cild (dəftər üçün)

10-20 qəpik

Qələm

10 qəpikdən 3 manata qədər

Xətkeş

40 qəpikdən -1.50 manata qədər, dəst 2.50 manat

Qələmdan (çanta üçün)

2 manat 40 qəpikdən 8 manata qədər

Qələmdan masa üçün

1.80 manat - 3.50 manat

Rəngli karandaş (12 rəng)

2.50 - 8 manat arası

Flomaster (12 rəng)

2-5 manat arası

Boya (18 rəng)

1.50 - 4 manat arası

Palitra

2.50-4 manat arası

Fırça (1 ədəd)

40 qəpikdən 1.80 manata qədər

Fırça (dəst)

3.50 manat - 11 manat

Karandaşyonan

60 q - 3 man

Plastilin (12 rəng)

1-10 manat

Həndəsi fiqurlar

6-8 manat

Rəngli kağız (16 kağız, hər rəngdən 2 ədəd )

80 qəpik - 1.50 manat

Albom

60 qəpik - 2.50 manat

Pozan

30 q -1.20manat

Adi karandaş

10 qəpik - 40 qəpik

Qalın karandaş

50 qəpik

Su qabları

3-5 manat

Termos

3.50 - 10 manat

Hesablama lövhəsi

2.50 - 3.50 manat

Qovluqlar

40 qəpikdən 3.50 manata qədər

Lövhə

2.50 - 7 manat

Yapışqan

40 qəpik - 1.50 manat

     

 

BTE-nin təqdim etdiyi məktəbli formalarının qiyməti:

I-VI siniflər

VII-XI siniflər

Ölçü

Qiymət

Ölçü

Qiymət

26

50 manat

46

59 manat

28

50 manat

48

59 manat

30

50 manat

50

59 manat

32

50 manat

52

59 manat

34

50 manat

54

59 manat

36

50 manat

 

38

50 manat

 

40

50 manat

 

42

50 manat

 

44

50 manat

 

           

 

Formanın tərkibi:

I-VI siniflər üçün

Kostyum 37 manat + jilet 6 manat + köynək 7 manat

VI-XI siniflər üçün

Kostyum 46 manat + jilet 6 manat + köynək 7 manat

(Modern.az)/

 

Google+ WhatsApp ok.ru