Məkkə ilə Mədinə arasında yüksək sürətli qatar işləyəcək

Məkkə ilə Mədinə arasında yüksək sürətli qatar işləyəcək

Səudiyyə Ərəbistanının müqəddəs Məkkə və  Mədinə şəhərləri arasında yüksək sürətli qatar işləyəcək.
 
SalamNews-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, “Əl-Hərəmeyn” adlanan dəmiryolu boyunca Məkkə və Mədinə şəhərlərindəki son dayanacaq da daxil olmaqla 5 stansiya (dayanacaq) olacaq. Ara stansiyaları Rabiq qəsəbəsində, Ciddə şəhərində və Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərəcək. Dəmiryolu 2018-ci ildə istifadəyə veriləcək.
 
Məlumatda, həmçinin bildirilir ki, “Əl-Hərəmeyn” dəmiryolu layihəsində səsboğucu texnologiya tətbiq olunacaq. Bu ən çox yaşayış rayonları ərazisində nəzərə alınacaq. Beləliklə, zəvvarlar iki müqəddəs şəhər arasında yolu iki dəfə tez və rahat qət edə biləcəklər.
 

Google+ WhatsApp ok.ru