Məhkəmə insan haqları fəalı Nəbil Rəcəbin azadlığa buraxılmasına qərar verdi

Məhkəmə insan haqları fəalı Nəbil Rəcəbin azadlığa buraxılmasına qərar verdi

 
Bəhreyn məhkəməsi insan haqları fəalı Nəbil Rəcəbin  azadlığa buraxılmasına qərar verdi. 
 
Maide.Az Bəhreynin Əl-Vasat qəzetinə istinadən xəbər verir ki, Bəhreyn məhkəməsi bu gün   Bəhreyn isan haqları fəalı  Nəbil Rəcəbin  azadlığa buraxılmasına qərar verib. 
 
Beynəlxaq İnsan Haqları Təşkilatları dəfələrlə  xəstəlikdən əziyyət çəkən və Bəhreyn rejimi tərəfindən həbsdə saxlanılan insan haqları fəalı Nəbil Rəcəbin qeyd şərtsiz azadlığını tələb edirdilər. 
 
Qeyd edək ki,  N.Rəcəb 2015-ci ildə dünya ictimaiyyətinə ünvanladığı məktubda Yəmənə qarşı ərəb koalisiyasının cinayətlərini ifşa etdiyinə görə həbs edilmişdir.  Bəhreyn rejimi  N.Rəcəbə qarşı həmçinin yalan və qondarma xəbərlər yayaraq, ölkə təhlükəsizliyini və rejim qüvvələrinin əməliyyatlarını təhlükəyə salmaq, hərbi heyətə xəyanət, həmçinin Bəhreyn həbsxanalarında məhbuslara işgəncə verildiyinə dair açıqlamalar verməkdə ittiham olunurdu.Ona qarşı qaldırılmış ittihamlar da bunlara görə idi və 13 il müddətinə azadlıqdan məhrum edilə bilərdi.
 
 

Google+ WhatsApp ok.ru