Məscidsiz minarələr - VİDEO

Məscidsiz minarələr - VİDEO

Türkiyənin Biləcik bölgəsində yunan işğalı dövründə ziyan gördüyü üçün “Yanıklar” olaraq adlanan 5 yalnız minarə var. 
 
Maide.Az xəbər verir ki, 1921-1922-ci illər ərzində yunanların işğalı dövründə köhnə Biləcik şəhəri yerlə-yeksan edildi və əhali oranı tərk etmək məcburiyyətində qaldı. 
 
Biləcik şəhər sakinləri işğalçıları qovduqdan sonra  yenidən həmin ərazidə yeni şəhər saldılar və köhnə Biləcik şəhərinin adını isə “Yanıklar” qoydular. 
 
İşğaldan öncə Biləcik bölgəsində 5 məscid olub ki, işğalçılar məscidləri dağıdıb və minarələr isə qalıb. Bildirilir ki, 5 məsciddən birinin 700 illik tarixi olub. Həmin məscidin minarəsi məsciddən 30 metr kənarda tikilib. Yerli əhali bu minarədən verilən azanın, əhalinin yaxşı eşitməsi üçün aralıda və daha hündür yerdə tikildiyini bildirir. İşğalçılar həmin məsciddən silah anbarı kimi istiadə edib. Bir müddət sonra həmin məscid yenidən bərpa olunub. Lakin digər 4 məscidin yalnız minarələri təmirsiz qalıb.
 

Google+ WhatsApp ok.ru