`Məşhəd; İslam dünyasının mədəniyyət paytaxtı` festivalının açılışı olacaq

`Məşhəd; İslam dünyasının mədəniyyət paytaxtı` festivalının açılışı olacaq

İslami Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO-nun) baş katibinin müavini Əminə Həcəri 2017-ci ildə "Məşhəd; İslam dünyasının mədəniyyət paytaxtı" festivalının açılış mərasimində iştirak edəcək.
 
Maide.Az xəbər verir ki, Ə.Həcəri bu təşkilaın baş katibi Əbdül-Əziz ibn Osman Tüəycirinin nümayəndəsi olaraq  festivalının açılış mərasimində onun mesajını oxuyacaq. 
 
"Məşhəd; İslam dünyasının mədəniyyət paytaxtı" festivalının açılış mərasimi 2017-ci ilin yanvar ayının 24-də, İranın Xorasan əyalətinin Məşhəd şəhərində İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət naziri, Məşhəd şəhərinin rəsmiləri və İranın mədəniyyət sahəsində tanınmış şəxsiyyətlərin iştirakı ilə keçiriləcək.
 
Festivalın açılış mərasimindən bir gün öncə "Məşhəd; İslam dünyasının mədəniyyətinin paytaxtı" festivalının keçirilmə komitəsinin təşkil etdiyi iclasda və həmçinin Məşhəd şəhərində bir- neçə Mədəniyyət Mərkəzinin açılış mərasimində İSESKO-nun nümayəndəsi də iştirak edəcək.
 
Qeyd edək ki, 2017-ci il üçün İranın Məşhəd şəhərindən əlavə İSESCO tərəfindən Sudanın "Sinar", İordaniyanın "Oman" və Uqandanın "Kampala" şəhərləri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. (iqna) 

Google+ WhatsApp ok.ru