Məhkəmə vəkillərin “Nardaran işi -3” üzrə vəsatətlərini təmin etməyib

Məhkəmə vəkillərin “Nardaran işi -3” üzrə vəsatətlərini təmin etməyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində din xadimi Zülfüqar Mikayılov və digər 10 dindarın məhkəmə prosesi davam edib.
 
Onlar konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorizm və digər ağır cinayətlərdə ittiham olunur.
 
Bu proses “Nardaran işi-3” adını alıb. Müttəhimlər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyatdan sonra həbs olunub.
 
Məhkəmə prosesi hakim Zeynal Ağayevin sədrliyilə keçirilib.
 
Müttəhimlərin vəkilləri baxış protokolunun sübutlar siyahısından çıxarılması və həmin protokola imza atmış 2 hal şahidinin şahid qismində dindirilməsinə dair vəsatət qaldırıb.
 
Vəkil Akif Əliyev bildirib ki, əməliyyat kobud şəkildə aparılıb və müttəhim DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb.
 
Vəkil diqqəti ona yönəldib ki, şahid Moşu Paşayev demək olar ki, Lənkəranda bütün işlərdə şahid kimi keçib.
 
Digər vəkillər müttəhimlərin ev dustaqlığına keçirilməsi və cinayət təqibinə son verilməsi barədə vəsatət qaldırıb.
 
Vəsatətlər təmin edilməyib.
 
Növbəti məhkəmə iclası fevraln 6-na təyin edilib. (contact.az)

Google+ WhatsApp ok.ru