Məhərrəmdən 10 gün əvvəl təmirə bağlanan məsciddə işlər aparılmır - FOTOLAR

Məhərrəmdən 10 gün əvvəl təmirə bağlanan məsciddə işlər aparılmır - FOTOLAR

Masallı şəhərində yerləşən məscid bağlanmamışdan bir qədər öncə ibadətə yararlı olsa da, insanların üzünə bağlanıb.
 
Maide.Az bildirir ki, İslamazeri.az-ın xəbərinə görə, bu haqda vəkil Cavad Cavadov məlumat verib.
 
Vəkil qeyd edib ki, bu mənzərə ilə şəhərə etdiyi səfər zamanı qarşılaşıb.
 
"Dünən (13 fevral - red.) müəyyən işlərlə bağlı Masallı rayonuna səfər etmişdim və Masallı şəhərində yerləşən məscidə baş çəkdim. Sonuncu dəfə yanvar ayının 11-də orda olmuşdum və məscidin təmir adı bağlanıralaq, üstünün götürülməsini və xaraba günə qalmasına dair status yazmışdım. Həmin vaxt hər hansı təmir işlərinin aparılmasını görmədim. Üstündən bir ay keçib və yenə də məsciddə hər hansı təmir işləri aparılmır", - Cavad Cavadov  bildirib.
 
Vəkil ötən dəfə yaydığı foto və məlumata baxmaqla müqayisə aparmağı məsləhət görüb və əlavə şərhə ehtiyac duymayıb.
 
Cavad Cavadov məscidin Məhərrəm ayına 10 gün qalmış bağlandığını bildirir. Qeyd edir ki, dini məbəd ibadət etmək üçün normal vəziyyətdə olub.
 
Vəkilə bildirilib ki, məscid Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bağlanıb.
 
İslamazeri.az Masallı RİH-nin rəsmi saytında qeyd olunan nömrə ilə əlaq saxlamağa çalışsa da, zənglərinə cavab verən olmayıb.
 
Qafqaz Müsəlmanları İdarəsi sayta heç bir açıqlama vermir.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru