Məşhəddə güclü zəlzələ baş verib, ölən və yaralananlar var -YENİLƏNİB 3

Məşhəddə güclü zəlzələ baş verib, ölən və yaralananlar var -YENİLƏNİB 3

12:15 Xorasan Rəzəvi əyalətində  4 kənddə dağıntıların olduğu bildirilir.
 
 
11: 25  Xorasan Rəzəvi  əyalətində baş vermiş  zəlzələ nəticəsində indiyədək  1 nəfər həlak olub,  4 nəfər yaralanıb.  Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədr müavini Şahin Fəthi  deyib.
 
Ş.Fəthi deyib ki, Fəriman şəhəri yaxınlığında Kalğəş kəndində ev uçub və evdə olan bir nəfər həyatını itirib.
 
O həmçinin zəlzələ nəticəsində dağıntıların olduğunu bildirib.
 
*** 
 
11:10  Tasnimnews xəbər saytının məlumatına görə, İranın Xorasan Rəzəvi əyalətinin  Qırmızı Aypara Cəmiyyətinin baş direktoru  Seyid Müctəba Əhmədi deyib ki, Qirmızı Aypara Cəmiyyətinin xilasediciləri vəziyyəti öyrənmək üçün hava nəqliyyatı ilə Məşhəd,  Türbət Cam, Sərəxs və Sefid Səng bölgələrinə göndərilib. “Hazırda  vəziyyəti öyrənmək üçün göndərilmiş qüvvələrin məlumatını gözləyirik. İlkin dəyərləndirmə aparıldıqdan sonra  xilasedicilər və digər qüvvələr bölgəyə göndəriləcək”.

Qeyed dək ki, Məşhəd şəhərində bu gün səhər baş vermiş  zəlzələnin ardınca daha  5 zəlzələ baş verib.  Baş vermiş zəlzələlər  4.7,  4,  3.6, 4.4 və 3.7 bal gücündə olub. Bu zəlzələlər əhali arasında təşvişə səbəb olub. İnsanlar küçələrə axışıb. 

Zəlzələ nəticəsində Məşhəddə bəzi küçələrdə yollarda çatlar əmələ gəlib. 

****

10:49 - Məşhəd şəhərində baş verən zəlzələnin ardınca İranın Xorasan Rəzəvi əaylətinin Türbət Heydəriyyə,  Xəvaf, Şəhr Sənqan,  Neyşabur və Saleh Abad böglələrində də zəlzələlər baş verib. 
 
 
***
 
İranın Məşhəd şəhərində  6 bal gücündə zəlzələ baş verib. 
 
Maide.Az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 10:40 dəqiqədə  yerin 10 kilometr dərinliyində baş verib. 
 
Zəlzələ nəticəsində dağıntılar və insan tələfatı haqqında hələlik məlumat yoxdur. 
 
Zəlzələ nəticəsində  bölgədə rabitə və elektrik enerjisi kəsilib. Hazırda xilasedicilər  hadisə yerinə cəlb olunub. (tasnimnews)
 
 
 
Məşhəd -  İmam Rza (ə) adına bazarın divarları zəlzələdən sonra çatlayıb 
 

Google+ WhatsApp ok.ru