`Məhkəmə bir daha namaz məhbusu Şeyx Sərdarın apelyasiya şikayətini təmin etmədi`

`Məhkəmə bir daha namaz məhbusu Şeyx Sərdarın apelyasiya şikayətini təmin etmədi`

Aprelin 6-da Şirvan Apelyasiya Məhkəməsində həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin apelyasiya şikayətinə baxılıb. 
 
Maide.info xəbər verir ki, şikayət S.Hacıhəsənlinin həbs müddətinin aprel ayının 30-dək uzadılmasına dair Masallı Rayon Məhkəməsinin qərarından verilib. 
 
Qapalı keçirilən prosesdən sonra Maide.info-ya açıqlama verən Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov bunları deyib: “Bu gün Şeyx Sərdar Hacıhəsənlinin qondarma cinayət işi üzrə həbs qətimkan tədbirinin uzadılması barədə Masallı Rayon Məhkəməsinin 27 martın 2017ci illi qərarından verdiyimiz apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhməsində baxıldı. Keçən dəfəki kimi, məhkəmənin hər tərəfi polis tərəfindən bağlanmışdı, hətta vəkil olaraq məni də buraxmaq istəmirdilər, məni aparan avtomobili buraxmaq istəmirdilər. Hakimlə danışıqdan sonra, polislərə tapşırıq verildi və bizim maşını buraxdılar. Məhkəməyə gələn insanlar, ətrafda yaşayan insanlarda polisin bu hərəkətindən kifayət qədər əziyyət çəkirdilər”.
 
C.Cavadov əlavə edib ki, məhkəmədə Hacı Sərdar növbəti dəfə çıxış edib. “Öz həbsinin müqəddiməsini danışdı, həbsinin heç bir hüquqi əsaslarının olmamasını bildirdi. Bizdə təbii ki, çıxış etdik və apellyasiya şikayətinin dəlillərini müdafiə etdik. Amma cüzi gözləntilər olsa da, doğrulmadı. Birinci instansiya məhməsinin qərarı heç dəyişdirilmədən qüvvədə saxlanıldı. Təbii ki, çox acınacaqlı bir haldır ki, belə bir maddə ilə İslam Həmrəyliyi ilində insanları məhkəməyə qədər belə həbs edirlər. Bu ilkin həbsdir, biz bunu ümumiləşdirib Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik, artıq şikayətimiz hazırdır. Ümid edirik ki, Avropa Məhkəməsi bu işə proritet qaydada baxacaq”. 
 
Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib.Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın həbs müddətinin başa çatmasına az müddət qalmış martın 27-də Masallı Rayon Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzadılmasına qərar vermişdi. 

Google+ WhatsApp ok.ru