`Mərkəzi Bankın siyasəti ilə maliyyə böhranına gəlib çıxmışıq`

`Mərkəzi Bankın siyasəti ilə maliyyə böhranına gəlib çıxmışıq`

"Novoye Vremya" qəzetində "Daha beş bank bağlanmaq həddindədir" sərlövhəli məqalə oxumaq olar. Yazıda ölkənin bank sektorunun durumu belə təhlil edilir:
 
"Bu gün bank sektoru dərin böhran keçirir, zərər daim artır. Bu durumda «yaşamağı» bacarmış banklar filialları, işçiləri azaldır, xərcləri optimallaşdırmağa və itkiləri azaltmağa səy göstərir".
 
Yazıda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbəri Rüfət Aslanlının fikirlərinə də yer verilir. R.Aslanlı bu günlər bildirib ki, problemli kapitala malik beş bank xüsusi nəzarətə götürülüb.
 
Müəllif isə hesab edir ki, bankların bu duruma düşməsinə görə bir tərəfdən Mərkəzi Bank, digər tərəfdən isə MBNP məsuliyyət daşıyır.
 
Yazıda bildirilir ki, Beynəlxalq Bank öhdəliklərini yerinə yetirə bilmir. Ötən il 11 bank bağlanıb.
 
Müəllifin gəldiyi nəticəyə görə, nəzarətə götürülən 5 bank da yaxın vaxtlarda bağlanacaq.
 
Müəllifə görə, ölkədə bank sektoruna ayrıca bir ada kimi baxmaq düzgün deyil. Bank sektorunun problemləri ölkə iqtisadiyyatının problemləri kimi qavranmalıdır. Çünki iqtisadiyyata banklar vasitəsilə dəstək verilir.
 
Yazıda vurğulanır ki, bankların özü də ölkə iqtisadiyyatından bəhrələnir:
"Onlar bir-birinə bağlıdır. Çünki kredit qoyan iqtisadiyyat özüdür. Məhz iqtisadiyyat banklara stimul verir. Beləliklə biz Mərkəzi Bankın siyasəti ilə əsl maliyyə böhranına gəlib çıxmışıq. Dünya bazarında isə neftin qiyməti bəzi investorların gözləntilərinin əksinə, hələ də dəyər itirməkdədir. Neftin kəskin şəkildə bahalaşacağına bəslənən ümidlər özünü doğrultmur". /

Google+ WhatsApp ok.ru