Məhkəmə: Məscidə icazə verməyən ABŞ şəhəri 3.25 milyon dollar təzminat ödəməlidir

Məhkəmə: Məscidə icazə verməyən ABŞ şəhəri 3.25 milyon dollar təzminat ödəməlidir

Nyu-Cersi ştatında yerləşən şəhər hökuməti məscid inşasına icazə vermədiyinə görə İslam qrupuna $3.25 milyon dollar ödəməlidir. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
 
Məhkəmə razılığına əsasən qrupa məscid tikməyə icazə veriləcək və şəhər hökuməti zona məhdudiyyətlərini aradan qaldırmağa razılıq verib.
 
Bernards qəsəbəsinin Basking Ridge İslam Cəmiyyəti ötən il qrupun məscid inşası ilə əlaqədar xüsusi zona qaydalarının tətbiq olunduğundan şikayət edərək əsas məqsədin məscid tikilməsinin qarşısını almaq olduğunu iddia etmişdi. Ədliyyə Nazilriyi də şəhəri məhkəməyə verərək qrupa qarşı dini ayrıseçkilik edildiyini bildirmişdi.
 
$3.25 milyon dollar həcmində mükafat cəmiyyəti təmsil edən vəkillərlə paylaşılacaq. Vəkillərə gördüklərə işə görə $1.75 milyon, qrupa isə dəyən ziyana görə $1.5 milyon dollar düşür.
 
Bernards qəsəbəsinin meri Karolin Qaziano və şəhəri təmsil edən vəkillər media sorğularına cavab verməyib.
 
Şəhər rəsmiləri ilk əvvəl məscidə qadağanın legitim torpaq istifadəsi və təhlükəsizlik narahatlıqları əsasında qoyulduğunu söyləmişdi.
 
Bu əsaslandırmanı rədd edən federal hakim şəhər hökumətinin keçmişdə başqa heç bir dini qrupa qarşı bu cür arqumentlərin irəli sürülmədiyi qənaətinə gəlib. (deyerler) /

Google+ WhatsApp ok.ru