Məktəbəhazırlıq qrupları üçün dərs müddəti və tətil müddəti müəyyənləşdi

Məktəbəhazırlıq qrupları üçün dərs müddəti və tətil müddəti müəyyənləşdi

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.
 
Bu, təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair "Qeydlər"də öz əksini tapıb.
 
Sənədə əsasən, dövvlət ümumtəhsil məktəblərinde yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Dovlət umumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
 
Məktəbəhazırlıq qruplarında məşğələlərində təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur.
 
Məktəbəhazırlıq qruplarında məşğələlər yalniz ibtidai sinif muəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır.
 
Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. I yarımil 1 oktyabr-26 yanvar, II yarimil 1 fevral-31 mayı əhatə edir. Dərs ili ərzində 5 gun payiz tətili (16-20 noyabr), 5 gun qış tətili (27-31 yanvar), 5 gun əlavə tətil (1-5 may) olacaq. (trend) /

Google+ WhatsApp ok.ru