Məkkədə zəvvarların hotelində yanğın baş verib – FOTO

Məkkədə zəvvarların hotelində yanğın baş verib – FOTO

Bu gün Məkkə şəhərində Əl-Əziziyyə bölgəsində zəvvarların məskunlaşdığı  hotellərin birində yanğın baş verib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, yanğın baş verən hoteldə Hindistandan olan zəvvarlar olub. 
 
Yanğın bu gün səhər yerli vaxtla saat 07:31 dəqiqədə hotelin yeddinci mərtəbəsində baş verib. Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb və  391 zəvvar təxliyə olunub. 
 
Xəsarət alanın olmadığı bildirilir. 
 
 

Google+ WhatsApp ok.ru