Məhərrəm ayında vətəndaşlar polisə kömək edəcək - Əfqanıstanda

Məhərrəm ayında vətəndaşlar polisə kömək edəcək - Əfqanıstanda

Məhərrəm ayı üçün ölkədə xüsusi təhlükəsizlik proqramı icra olunur 
 
Maide.Az xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi  ölkənin müxtəlif  şəhərlərində Məhərrəm ayında məscidlərin təhlükəsizliyini təmin etmək üçün yüzlərlə vətəndaşı polisə yardım proqramı çərçivəsində qeydiyyata alıb və onlara silah paylayıb. 
 
Bu barədə Əfqanıstan daxili işlər nazirinin müavini  Səvrər Daneş məlumst verib. O,  bildirib ki, Məhərrəm ayında təhlükəsizliyi möhkəmləndirmək üçün polisə silahlı vətəndaşlar yardım edəcəklər. Onlar məscidlərin ətrafında sabitliyi qoruyacaq, aylıq maaş və  lazimi digər avadanlıqlarla təchiz olunacaqlar
 
S.Daneş deyib ki,  Əfqanıstanda son vaxtlar baş vermiş acı hadisələrdən sonra  xalq  polisin onları müdafiə etməyini gözləməmilidir.  “Xalq  xüsusi ilə  gənclər  öz bölgələrində məscidlərin təhlükəsizliyini təmin etməlidir.”
 
Qeyd edək ki, Əfqanıstanda 3 milyon şiə var ki, terror qruplaşmaları indiyədək dəfələrlə onlara qarşı müxtəlif terrorlar həyata keçirib.  Hökumət indiyədək  təhlükəsizliyin təmini üçün lazimi addımlar ata bilməyib.

Google+ WhatsApp ok.ru