MƏHƏRRƏM AYININ 7-Cİ GÜNÜ

MƏHƏRRƏM AYININ 7-Cİ GÜNÜ

`Fəratın` suyunu Peyğəmbər (s) Əhli-Beytinə (ə) çox görürlər.

 Məhərrəm ayının yeddinci günü, Übeydullah ibn Ziyad Ömər Sə`də bir məktub göndərib ona göstəriş verdi ki, qoşununu Fərat çayının sahilində saxlayaraq imam Hüseynin (ə) və səhabələrinin üzünə suyu bağlasın. 
 
Hətta bir damla su belə İmama verməsin. Ömər Sə`d dərhal Ömər ibn Həccacı beş yüz atlı ilə Fərat çayının kənarında saxladıb imam Hüseynin (ə) və onun qoşununun sudan istifadə etməsinə mane oldu. İnsanlığa yaraşmayan bu rəftar imam Hüseynin (ə) şəhadətindən üç gün öncə baş verdi.
Bu an Abdullah ibn Hissin Əzdi adında bir şəxs bağıraraq dedi: Ey Hüseyn (ə)! Bu suyu bundan sonra səmanın rəngi kimi görməyəcəksən! Allaha and olsun ki, susuzluqdan can verənə qədər o sudan bir damcı belə içməyəcəksən!
 
İmam Hüseyn (ə) buyurdu: İlahi! Onu susuzluqdan öldür və heç vaxt Öz rəhmətini ona şamil etmə!
 
Həmid ibn Müslim deyir: Allaha and olsun ki, bu sözdən sonra onun görüşünə getdim. O xəstələnmişdi, and olsun o Allaha ki, ondan başqa heç bir Allah yoxdur, gördüm ki, Abdullah ibn Hissin qarnı şişənə qədər su içərdi və onu qusardı! Yenə bağırardı “əl-ətəş”! yenə su içər, qarnı şişərdi lakin doymazdı! Beləcə can verib öldü. (Maide.az)
 

Google+ WhatsApp ok.ru