Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq 26 Oktyabr 2017 01:00 Ölkə Azərbaycanda məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmir və avadanlıqla təminat işinin davam etdirilməsi büdcə zərfində nəzərdə tutulan prioritet kimi qeyd edilib. Layihəyə əsasən, ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması planlaşdırılır. Bununla yanaşı, dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, müxtəlif mülkiyyət formasına (bələdiyyə, icma, özəl və ailə bağçaları) aid olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi də prioritet istiqamət kimi nəzərdə tutulur. Teqlər : #Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda “İslam həmrəyliyi və Qarabağ” mövzusunda elmi-praktiki konfrans keçirilib -FOTO/VIDEO Dərs ili başlayandan sonra Bakıda 460 uşaq I sinfə qəbul olunub