Məkkədən Mədinəyə ilk sürət qatarı dekabrın 31-də yola düşəcək

Məkkədən Mədinəyə ilk sürət qatarı dekabrın 31-də yola düşəcək

-- Qatar Məkkə ilə Mədinə arasındakı 450 km-lik məsafəni 2,5 saata qət edəcək

Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri arasında ilk sürət qatarı dekabrın 31-də yola düşəcək.   

Maide.Az bildirir ki, ilk qatarın yola salınması mərasimində Səudiyyə Ərəbistanı və İspaniya hökumətlərinin yüksək vəzifəli rəsmilərinin iştirakı gözlənilir. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə Məkkə ilə Mədinə arasında dəyəri 6,7 milyard avro olan dəmiryolunun tikintisi üçün tender elan etmişdi.

Bu tenderin qalibləri İspaniyanın 12, Səudiyyə Ərəbistanının 2 şirkəti olmuşdu. Sürət qatarları Məkkə ilə Mədinə arasındakı 450 km-lik məsafəni 2,5 saata qət edəcək. (eastnews.org)

Google+ WhatsApp ok.ru