`Məhəmməd` Almaniyada 10 ən papulyar addan biri

`Məhəmməd` Almaniyada 10 ən papulyar addan biri

-- 2015-ci ildə 41-ci sırada yer alan “Məhəmməd” adı, sürətlə irəliləyərək...

Almaniya Dilçilik İnistitunun açıqladığı hesabata görə,  “Məhəmməd” adı  yaxın 3 il ərzində bu ölkədə  10 ən papulyar addan biri olacaq. 
 
Maide.Az-ın “İQNA” –a istinadən verdiyi xəbərə görə,  ekspertlərin qənaitinə görə,  son  3 ildə Almaniyaya  olan güclü müsəlman miqrant  axını buna səbəb olub. 
 
Hesabatda o da qeyd olunub ki,  2015-ci ildə 41-ci sırada yer alan “Məhəmməd” adı, sürətlə irəliləyərək 2016-cı ildə 21-ci pillədə qərarlaşıb. Bu artım tempini  nəzərə alaraq ekspertlər yaxın 3 il ərzində  "Məhəmməd" adının ilk onluqda yer alacağını proqnozlaşdırır. 
 
Qeyd edək ki, bir neçə fərqli yazılışda istifadə olunan Məhəmməd adı son illərdə Avropa ölkələrinin bir çoxunda ailələr üçün ən çox üstünlük təşkil edən ad olub. 
 
 

Google+ WhatsApp ok.ru