Məktəbdə atışma: 17 nəfərin öldüyü təsdiq olundu -VİDEO

Məktəbdə atışma: 17 nəfərin öldüyü təsdiq olundu -VİDEO

-- xəsarət alanların bəzilərinin vəziyyəti ağırdır

ABŞ-ın Florida ştatının cənubunda məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu insidentin yer aldığı Brovard dairəsinin şerifi Skot İsrael bəyan edib.
 
Onun sözlərinə görə, hadisə qurbanlarının 12-si məktəbin binasında, daha üç nəfər küçədə qətlə yetirilib. İki nəfərin isə xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
 
Bəzi məlumatlara görə insident zamanı 20-50 nəfər yaralanıb.
 
Şerif qeyd edib ki, xəsarət alanların bəzilərinin vəziyyəti ağır olaraq qalmaqdadır.
 
Skot İsrael həmçinin atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib. Bu həmin məktəbin keçmiş şagirdi 19 yaşlı Nikolas Kruzdur. Daha əvvəl Kruz məktəbdən nizam-intizam qaydalarını pozduğuna görə xaric edilmişdir.
 
Məlumata əsasən qatil şaqirdləri sinif otqlarındn çıxmağa məcbur etmək üçün yanğından mühafizə siqnalizasiyasını işə salıb. Bununla o daha çox insanın tələf olmasına nail olmaq istəyib.
 
Xatırladaq ki, atışma Mayaminin 60 kilometrliyində yerləşən Parkland şəhərciyindəki məktəbdə fevralın 14-də günorta saatlarında qeydə alınıb. Həmin məktəbdə 14-18 yaşında 3 minə yaxın şagird təhsil alır.
 

Google+ WhatsApp ok.ru