Məhkəmədə Əbülfəz Bünyadovun səhhəti pisləşib

Məhkəmədə Əbülfəz Bünyadovun səhhəti pisləşib

-- prosesə gələndə yıxıldığı deyilir

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən evin sahibi Əbülfəz Bünyadov və onula birlikdə təqsirləndirilən Elxan İsgəndərovun növbəti məhkəmə iclası keçirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasa Ə. Bünyadov xərəkdə, həkim nəzarətində gətirilib. Əməliyyat zamanı güllələnən Ə.Bünyadov iflic olub və hazırda ev dustaqlığındadır. İclas başlamazdan əvvəl onun səhhəti pisləşib və həkimlər ona yardım göstəriblər. Onun ailə üzvləri bildiriblər ki, məhkəməyə gələn zaman Ə.Bünyadov yıxılaraq əzilib. Onlar Ə.Bünyadovun məhkəməyə gətirilməsinin ona əziyyət olduğunu deyiblər. Hakim isə bildirib ki, Ə.Bünyadov ekspertizadan keçib və həkimlər onun məhkəmədə iştirak etməsinin mümkün olması barədə rəy veriblər.
 
İclasda məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.
 
İttihama münasibət bildirən E.İsgəndərov deyib ki, özünü təqsirli bilmir.
 
Proses fevralın 23-də davam edəcək.(meydan.tv)
 

Google+ WhatsApp ok.ru