Məktəb yollarının qarşısında heyvan kəsiminə nəzarət olunacaq

Məktəb yollarının qarşısında heyvan kəsiminə nəzarət olunacaq

-- heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır

Küçələrdə, yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsiminə nəzarət olunacaq.
 
Virtualaz.org xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
 
Onun sözlərinə görə, heyvan mənşəli qidalar mütləq ekspertiza rəyi əsasında satılmalıdır: "Bəzi insanlar elə düşünür ki, hansısa heyvanın göz önündə kəsilməsi sağlamlıqdan xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Çünki, heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Təbii ki, bu da əhalinin həyatını risk altına salan amillərin başlıca səbəbidir. İlk növbədə buna nəzarət lazımdır ".
 
Agentlik sədri həmçinin bildirib ki, yaxın gələcəkdə iri depolarla bağlı, eyni zamanda tez xarab olan məhsulların çatdırılması və qidalanma ilə bağlı digər vacib məsələlər üçün standartlar müəyyənləşdiriləcək.
 
 

Google+ WhatsApp ok.ru