Məktəblərdə xarici dilin tədrisi forması açıqlanıb

Məktəblərdə xarici dilin tədrisi forması açıqlanıb

Təhsil Nazirliyi orta məktəblərdə xarici dilin tədrisi formasını açıqlayıb.
 
Maide.Az bildirir ki, nazirlikdən verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.
 
Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil şagirdin məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir. Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.
 
I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.
 

Google+ WhatsApp ok.ru