Məkkə-Mədinə arasındakı sürətli qatarın açılışı oldu

Məkkə-Mədinə arasındakı sürətli qatarın açılışı oldu

Məkkə-Mədinə arasında saatda 300 km sürətlə hərəkət edən sürətli qatarın açılışı olub.
 
Maide.Az  İQNA-ya istinadən xəbər verir ki, Səudiyyə rejiminin Nəqliyyat heyətinin sədri Rəmih bin Məhəmməd Rəmih bu qatarın regiondakı ilk yüksək sürətli elektrik qatarı olduğunu bildirib. 450 km uzunluğundakı qatar yolu Məkkə, Ciddə, Məlik Əbdüləziz beynəlxalq hava limanı və Mədinə bölgəsindəki sərnişinləri daşıyacaq.
 
Qatar saatda 300 km sürətlə hərəkət edəcək. Bu böyük layihə yerli və xarici şirkətlər tərəfindən üç mərhələdə həyata keçirilmişdir.
 
 
Qatarın ildə 60 milyon sərnişin daşıma gücünə malik olduğu və müasir texnologiyalarla təchiz edildiyi bildirilib.
 

Google+ WhatsApp ok.ru