Məktəblərdə summativlər ləğv edildi?

Məktəblərdə summativlər ləğv edildi?

 "Təhsil Nazirliyinin kollegiyası tərəfindən təsdiqlənən məktəbdaxili qiymətləndirmənin qaydaları ilə bağlı sənəd hazırda Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir".
 
Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
 
Onun sözlərinə görə, bu sənəddə kiçik summativlərlə bağlı dəyişiklikırin edilməsi yeganə olaraq I siniflər üçün nəzərdə tutulur. Belə ki, ancaq həmin sinfin şagirdləri üçün kiçik summativlərin də ləğvi planlaşdırılır. Böyük summativlərin, müəyyən fənlər üzrə sayın azaldılması da gündəmdədir.
 
Nazirlik rəsmisi xatırladıb ki, böyük summativlər tədris ilinin yarım illərinin sonunda keçirilir və sənədin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. "Yalnız bundan sonra sənəd hüquqi normativ sənəd statusu alacaq". / istipress /
 

Google+ WhatsApp ok.ru