Məşhəddə Azərbaycanlıların əzadarlıq mərasimi keçiriləcək

Məşhəddə Azərbaycanlıların əzadarlıq mərasimi keçiriləcək

İmam Rzanın (ə) hərəmində

Səfər ayının 28-də (noyabr ayının 7-də) Peyğəmbərin (s) vəfatı, İmam Həsən (ə) və İmam Rzanın (ə)  şəhadəti münasibətilə minlərlə Azərbaycanlının  iştirakı ilə Məşəhəddə İmam Rzanın (ə) hərəmində  əzadarlıq məclisi keçiriləcək. 
 
Maide.Az “hawzahnews”a istinadla xəbər verir ki,  bunu Şərqi Azərbaycan əyalətinin  vəqflər idarəsinin rəhbəri  Seyid Şəhabəddin Hüseyni deyib. 
 
Onun sözlərinə görə, məclis axşam namazından sonra  Şərqi Azərbaycan, Ərdəbil,  Zəncan və Qərbi Azərbaycan əyalətlərindən indən minlərlə insanın iştirakı ilə hərəmin İmam Xomeyni (rə) adına eyvanında keçiriləcək. 
 

Google+ WhatsApp ok.ru