Məkkə və Mədinədə daşqınlara görə ölənlər var - VİDEO

Məkkə və Mədinədə daşqınlara görə ölənlər var - VİDEO

Səudiyyə Ərəbistanında həftə ərzində yağan güclü yağışlar daşqınlara səbəb olub.
 
Maide.Az "deyerler.org -a istinadən xəbər verir ki, Səudiyyə rejiminin Mülki Müdafiə Nazirliyi bəyanat verərək, daşqınlar nəticəsində 5 vətəndaşın öldüyünü bildirib. Bəyanatda sakinlərin ölümlərinin qeydə alındığı şəhərlər barədə məlumat verilmir. Bəyanatda bildirilir ki, daşqın nəticəsində ağaclar və işıqforlar aşıb. Buna görə yollar bağlanıb, yollarda sıxlıq yaranıb.
 
Səudiyyə rejiminin yerli mətbuatının məlumatına əsasən, son 20 ildə ölkədə bu cür leysan yağışlar sıx hala gəlib. 28 oktyabrdan etibarən Məkkə, Mədinə, Ər-Riyad, Hailə, Əş-Şərqiyə, Asir, Cizan, Əl Bahə və Əl-Covhədə yağış yağır.
 
Meteorologiya və Ətraf Mühit idarəsi sakinləri yağış yağdıqdan sonra xüsusi ehtiyac olmadan evlərini tərk etməmək üçün diqqətli olmaları barədə xəbərdarlıq edib.
 
Yağışın davam etdiyi şəhərlər üçün mümkün daşqınla əlaqədar bir xəbərdarlıq da edilib.
 

Google+ WhatsApp ok.ru