Məşhəd hotellərində qonaqların 30 faizdən çoxu əcnəbi zəvvarlardır

Məşhəd hotellərində qonaqların 30 faizdən çoxu əcnəbi zəvvarlardır

İmam Rzanın (ə) şəhadəti münasibətilə Azərbaycan,  İraq, Bəhreyn, Kuveyt, Əfqanıstan və Pakistandan  Məşhəd şəhərinə səfər edən zəvvarların sayı  artıb. 
 
Maide.Az İSNA agentliyinə istinadən xəbər verir ki, bunu  Xorasan Rəzəvi  əyalətinin  Hotelçilər Birliyinin  Sədri  Məhəmməd Qanei deyib. 
 
Onun sözlərinə görə,  Məşhəd şəhərində 230 hotel  fəaliyyət göstərir ki, eyni zamanda 75 min nəfərə xidmət göstərir.  “Hazırda bu hotellərdə yerlər 95 faiz doludur.  Hotellərdə qonaq olan zəvvarların 30 faizindən çoxu əcnəbi zəvvarlardır”.
 
O qeyd edib ki, əlbətdə Məşhəd şəhərində zəvvarlara xidmət göstərən  evlər də var ki, onların statistikası aparılmır. Onun üçün mümkindir əcnəbi zəvvarların sayı  rəsmi rəqmələrdən daha çox olsun. 
 

Google+ WhatsApp ok.ru