Məktəblilərin payız tətili başlayır

Məktəblilərin payız tətili başlayır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. FaktXeber.com-un məlumatına görə, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq.
 
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.
 

Google+ WhatsApp ok.ru